Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə Portuqaliya Respublikasında yaşayan Azərbaycan icması adından səmimi-qəlbdən təbrik edir, Sizə ən xoş arzularımızı çatdırırıq.
Sizin müdrik və prinsipial rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası son illər ərzində böyük inkişaf yolu keçmiş, beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Dövlətimizin güclənməsi, milli maraqlarımızın qətiyyətlə qorunması və xalqımızın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü siyasət hər bir azərbaycanlıda böyük iftixar hissi doğurur.
Xaricdə yaşayan soydaşlarımız, o cümlədən Portuqaliyadakı Azərbaycan icması Sizin diaspor fəaliyyətinin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğını daim hiss edir, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bu etimadı layiqincə doğrultmağa çalışır.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqının daha firavan gələcəyi naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Dərin hörmətlə və ehtiramla,
Milana Seyidzadə
Portuqaliyada yaşayan Azərbaycan icmasının koordinatoru

