Türkiyədə fəaliyyət göstərən Karabük Azərbaycanlıların Həmrəylik, Mədəniyyət və İncəsənət Dərnəyinin sədri Eşqin İsmayılovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Karabük Azərbaycanlıların Həmrəylik, Mədəniyyət və İncəsənət Dərnəyi adından Zati-alinizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan qürur duyuruq.

Sizin milli dövlətçiliyimiz və suverenliyimizin daha da möhkəmlənməsinə göstərdiyiniz diqqət bizim Vətənə bağlılığımızı gücləndirir. Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması, güclü bir dövlət kimi dünyada öz sözünü deməsi məhz Sizin siyasi iradəniz nəticəsində mümkün olmuşdur. Sizin qətiyyətiniz sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq Qarabağımızı azad etdik, dünyada qalib xalq olaraq tanındıq.

Bizə yaşatdığınız bu böyük sevinc və qürura görə Sizə minnətdarıq.

Fürsətdən istifadə edərək, Sizi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik.

Dərin hörmətlə,

 

Eşqin İsmayılov

Türkiyədə fəaliyyət göstərən Karabük Azərbaycanlıların Həmrəylik,

Mədəniyyət və İncəsənət Dərnəyinin sədri

Məktublar