Fransada fəaliyyət göstərən “Avey dueti” musiqi qrupunun yaradıcıları Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadədən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dayanıqlı inkişaf, beynəlxalq nüfuzun möhkəmlənməsi və milli maraqların ardıcıl şəkildə qorunması yolunda mühüm nailiyyətlər əldə etmişdir. Dövlətə və xalqa xidmətiniz, qətiyyətli mövqeyiniz və uzaqgörən siyasətiniz ölkəmizin bu gününü və gələcəyini formalaşdıran əsas sütunlardan biridir.

Bu təbriki Sizə dərin həmrəylik hissi ilə çatdıraraq, ətrafınızda sıx birləşmiş xalqımızın milli dəyərlərə sədaqətinin və daha güclü Azərbaycan naminə iradəsinin daim möhkəm olmasını arzulayırıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı nailiyyətlər arzu edirik.

Dərin hörmət və ehtiramla,

 

Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadə

Fransada fəaliyyət göstərən “Avey dueti” musiqi qrupunun yaradıcıları

Məktublar