№ 276 Bakı şəhəri, 22 sentyabr 2025-ci il
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 600 (Cild I) ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 7-ci hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
“iddiaçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), ünvanı, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə patent müvəkkilinin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, ünvanı və imzası);”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 692 (Cild I); 2024, № 1, maddə 73) ilə təsdiq edilmiş “Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın II fəslinin 2-ci hissəsinin beşinci abzası və IV fəslinin 2.1.1-ci yarımbəndinin “b)” abzası aşağıdakı redaksiyada verilsin:
“b) iddiaçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi), ünvanı, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə patent müvəkkilinin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, ünvanı və imzası);”.
3. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 197) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə ̶ “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 2.5-ci bəndinin üçüncü cümləsində və 3.9-cu bəndinin birinci cümləsində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə ̶ “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1505 (Cild I); 2024, № 9, maddə 1083; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 iyul tarixli 194 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Kredit tarixçələrini təşkil edən neqativ məlumatların Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası”nın 2.4-cü bəndində “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri