Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 367 2 dekabr 2025-ci il, Bakı şəhəri

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 277 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 111-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 277 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I); 2024, № 9, maddə 1061, № 12 (II kitab), maddə 1463; 2025, № 2, maddə 181) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 11-ci hissəsinə “qurumlarına” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067; № 12 (II kitab), maddələr 1439, 1463; 2025, № 1, maddə 86, № 2, maddələr 181, 187) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.17-ci bəndinə “müddətində” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 35 (Cild I); 2024, № 10, maddə 1167) ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması Qaydaları”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi bu Qaydaların 2.3-cü bəndində qeyd olunan sənədlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əldə edildikdən sonra təmin olunur. Bu zaman səfərbərlik üzrə hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında qərar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında formalaşdırılır və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Həmin elektron qərar real vaxt rejimində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın həmin informasiya sistemində elektron qərarla tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunur. Eyni zamanda, Elektron Hökumət İnformasiya Sistemi tərəfindən vətəndaşa real vaxt rejimində qeyd olunan sənədin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat göndərilir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134 (Cild I); 2024, № 1, maddə 81, № 5 (II kitab), maddə 594, № 9, maddə 1067, № 11, maddə 1246; 2025, № 5, maddə 504) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bənddə “sülh” sözü “dinc” sözü ilə əvəz edilsin;

4.2. 1.13-cü bəndə “sisteminin” sözündən sonra “(bundan sonra – MEİS)” sözləri, “altsisteminə” sözündən sonra “(bundan sonra – altsistem)” sözləri əlavə edilsin;

4.3. aşağıdakı məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin:

“2.3-1. Çağırışaqədər yaş həddində olan vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunurlar.

Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə mütləq tibbi müayinədən keçirilirlər.

2.3-2. MEİS-də əlilliyi müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların və çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. İlkin hərbi qeydiyyata alınmalı olan əlilliyi müəyyən edilmiş vətəndaşlar və çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilirlər.”;

4.4. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.7. Tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) və çağırışçılar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar və çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri və çağırışçılar məlumatlandırılmış hesab olunurlar.”;

4.5. 2.9-cu bəndə “nümayəndəsinə” sözündən sonra “(valideynlərinə, övladlığa götürənlərə və ya himayəçiyə)” sözləri əlavə edilsin;

4.6. 2.10-cu bəndin üçüncü cümləsindən “onların elektron kabinetləri vasitəsilə” sözləri çıxarılsın;

4.7. 2.13-cü bəndin üçüncü abzasına “nümayəndələrinin” sözündən sonra “(valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin)” sözləri əlavə edilsin və həmin abzasdan “onların elektron kabinetləri vasitəsilə” sözləri çıxarılsın;

4.8. 2.14-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“2.14. Çağırışaqədər yaş həddində olanlar və çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə diaqnozun dəqiqləşdirilməsi məqsədilə tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə, hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyinə görə isə dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər.”;

4.9. 2.17-ci bəndin ikinci abzasına “edilir” sözündən sonra “və yekun tibbi müayinənin aparılması məqsədilə zəruri məlumatlarla birlikdə altsistemə ötürülür” sözləri əlavə edilsin;

4.10. 2.20-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.20. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qəbul etdiyi qərar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir.”;

4.11. 2.21-ci bəndin ikinci abzasının üçüncü cümləsindən “onun elektron kabineti vasitəsilə” sözləri çıxarılsın;

4.12. aşağıdakı məzmunda 2.21-1-ci bənd əlavə edilsin:

“2.21-1. Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.”;

4.13. 2.26-cı bənddən “elektron kabineti vasitəsilə” sözləri çıxarılsın;

4.14. 2-1.1-ci bəndin birinci abzasında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS)” sözləri “MEİS” akronimi ilə əvəz edilsin;

4.15. 2-1.2-ci və 2-1.17-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2-1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin aparılması üçün tibbi müayinənin nəticələrinə dair sənədləri onların rəsmiləşdirildiyi gün altsistemə daxil edir. Agentlik çağırışçının yekun tibbi müayinəsini altsistemə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir.”;

“2-1.17. Agentlik tərəfindən bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən, MEİS-də elektron sənəd formasında formalaşdırılan və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunan müvafiq qərar və yekun tibbi müayinəyə dair digər sənədlər üzrə məlumatlar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün onların rəsmiləşdirildiyi gün altsistemə daxil edilir.”;

4.16. 3.3-cü bənddə və 5.1-ci bəndin üçüncü abzasında “2.6-cı” sözləri “2.15-ci” sözləri ilə əvəz edilsin;

4.17. 3.3-cü bəndin üçüncü abzasında, 5.1-ci bəndin beşinci və altıncı abzaslarında, 6.2-ci bəndin ikinci abzasında, 7.2-ci bəndin a) abzasında və 8.3-cü bəndin dördüncü abzasında “sülh dövründə” sözləri “dinc dövrdə” sözləri ilə əvəz edilsin;

4.18. 5.3-cü bəndin ikinci abzasında və 5.4-cü bəndin birinci abzasında “Sülh dövründə” sözləri “Dinc dövrdə” sözləri ilə əvəz edilsin;

4.19. 6.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“6.2. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 451 (Cild I); 2024, № 1, maddə 124) ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 5.8-ci və 6.21-ci bəndlərə “müddətində” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin;

5.2. 6.9.6-cı yarımbənddə “vəsiqənin” sözü “Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 29 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 6.7.1.12-1-ci yarımbəndinə “çağırılan” sözündən sonra “, habelə müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçıran” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 939 (Cild I) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. aşağıdakı məzmunda 1.3-1-ci bənd əlavə edilsin:

“1.3-1. Çağırışçıların və hərbi vəzifəlilərin (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇDX) vahid elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Çağırışçılar və hərbi vəzifəlilər tərəfindən (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi vəzifələrinin icrası ilə əlaqədar elektron kabinet yaradılır.”;

7.2. 1.4-cü bənddə “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇDX)” sözləri “SHXÇDX-nin” sözləri ilə əvəz edilsin;

7.3. 2.3-cü bəndə “bölmələrinə” sözündən sonra “elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Elektron kabinet vasitəsilə verilən məlumat çağırışçıların və hərbi vəzifəlilərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində SHXÇDX-nin vahid elektron informasiya sisteminə göndərilir.”;

7.4. 3.2 - 3.5-ci bəndələrə “müddətində” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin;

7.5. 4.1-ci bəndə “bölmələrinə” sözündən sonra “elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə” sözləri əlavə edilsin;

7.6. 4.2-ci bənddə “Çağırışçılar və hərbi vəzifəlilər ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəni və ya” sözləri “Hərbi vəzifəlilər” sözləri ilə əvəz edilsin və həmin bəndə “bölmələrinə” sözündən sonra “elektron kabinet vasitəsilə, bu mümkün olmadıqda isə digər vasitələrlə” sözləri əlavə edilsin;

7.7. 4.3-cü bənddən “şəxsi” sözü və “ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 565 (Cild I) ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.1.1-ci yarımbənddə “vəsiqə” sözü “Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar” sözləri ilə əvəz edilsin;

8.2. 3.1.1-ci yarımbəndin birinci cümləsində “vəsiqələrdə” sözü “Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla” sözləri ilə əvəz edilsin;

8.3. 3.1.2-3.1.5-ci yarımbəndlərə “müddətində” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin;

8.4. 3.1.7-ci yarımbənddə “sentyabrın” sözü “oktyabrın” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “bölmələrinə” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin;

8.5. 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərə “bölməsinə” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292 (Cild I); 2024, № 5 (II kitab), maddə 611; 2025, № 5, maddə 495) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.1.4-cü yarımbəndində “çağırışçı şəhadətnaməsini” sözləri “ilkin hərbi qeydiyyata alınma haqqında Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatları” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 mart tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 536 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 611; 2025, № 9, maddə 861) ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın 5.1.5-ci yarımbəndində “çağırışçı şəhadətnaməsi” sözləri “ilkin hərbi qeydiyyata alınma haqqında Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 766 (Cild I); 2024, № 3, maddə 352, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın 4.6.5-ci yarımbəndində “çağırışçı şəhadətnaməsi” sözləri “ilkin hərbi qeydiyyata alınma haqqında Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları