Azərbaycan Respublikasının Qanunu

post-img

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddədə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü maddənin dördüncü hissəsinin birinci-dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir:

müddətli həqiqi hərbi xidmət;

hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti;

müddətdən artıq həqiqi hərbi xidmət;”;

1.3. 4-cü və 5-ci maddələrdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;

1.4. 8-ci maddənin birinci hissəsinə “Hərbi” sözündən sonra “vəzifə və hərbi” sözləri əlavə edilsin;

1.5. 9-cu maddənin ikinci hissəsi üzrə:

1.5.1. birinci abzasda “Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;

1.5.2. ikinci abzasdan “6 ay” sözləri çıxarılsın;

1.6. 12-ci maddənin birinci hissəsinin “d” bəndi aşağıdakı redaksiyada verilsin:

“d) zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır).”;

1.7. 40-cı maddənin birinci hissəsinin “b” bəndində “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin “q” bəndinə müvafiq olaraq 1 il 6 ay” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.5-ci maddəsinə uyğun olaraq 1 il” sözləri ilə əvəz edilsin;

1.8. 58-ci maddənin birinci hissəsinin “i” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda “k” bəndi əlavə edilsin:

“k) müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına.”;

1.9. 66-cı maddədə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə uyğun” sözləri ilə əvəz edilsin;

1.10. 71-ci maddənin birinci hissəsində “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə müvafiq” sözləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 34.2-ci maddəsinə uyğun” sözləri ilə, “məktəblərin” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.11. 87-ci maddənin birinci hissəsinin dördüncü abzasından “6 ay” sözləri çıxarılsın;

1.12. 155-ci maddənin birinci hissəsinin birinci abzasından “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri çıxarılsın;

1.13. Əsasnaməyə 4 saylı əlavə – “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul haqqında Bağlaşma”da “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, müvafiq Nizamnamə və Əsasnamələri” sözləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməni” sözləri ilə əvəz edilsin;

1.14. Əsasnaməyə 6 saylı əlavə – “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətim bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları” üzrə:

1.14.1. adında “xidmətim” sözü “xidməti” sözü ilə əvəz edilsin;

1.14.2. 2-ci hissənin “q” bəndinin üçüncü cümləsi çıxarılsın.

Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli Qanunu) 38.1.5-ci maddəsindən “6 ay” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Qanunlar