Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
2025-2026-cı tədris ili üçün aşağıdakı kafedralarda boş olan və ya müqavilə müddəti başa çatmaqda olan vəzifələri tutmaq üçün
Müsabiqə Elan Edir
1. Dövlət idarəçiliyi və menecment kafedrası – dosent - 1ştat.
2. Politologiya və siyasi idarəetmə kafedrası – dosent -1ştat.
3. Fəlsəfə və sosial psixologiya kafedrası –
dosent -1 ştat.
4. İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrası – dosent-2 ştat.
5. İntellektual sistemlərin idarə olunması kafedrası – baş müəllim-1 ştat.
Müsabiqə elan edilən vəzifələrə qəbul “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları haqqında Əsasnamə”yə (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 avqust 1996-cı il tarixli 403 saylı əmrinə Əlavə- 1) uyğun olaraq aparılır.
Dosent vəzifəsini tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və müvafiq elm sahəsi üzrə fəlsəfə doktorları iştirak edə bilərlər.
Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə ən azı 3 illik elmi-pedaqoji stajı olan müvafiq elm sahəsi üzrə fəlsəfə doktoru və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, kafedranın profili üzrə çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müsabiqə rektorun əmrilə yaradılan xüsusi komissiya vasitəsilə keçirilir və aşağıdakı mərhələləri əhatə edir:
– iddiaçının təqdim etdiyi göstəricilərin qiymətləndirilməsi;
– müsahibə;
– müəllimin dərs təqdimatı.
Müraciət ərizəsində iddiaçıların hansı kafedranın vakant olan (və ya olacaq) ştatına işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istədiklərinin qeyd edilməsi vacibdir.
Əlaqə telefonu – (012) 492-81-12.
Ünvan – AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 74.
Rektorluq