Odlar Yurdu Universiteti “Humanitar, təhsil və dillər”, “Təbiət və texnologiya”, “İqtisadiyyat və idarəetmə” fakültələrinin dekanları vəzifəsinə vakansiya elan edir

post-img

Namizədlərə aid tələblər:

• Profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad.

• Ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə.

• Rəhbər vəzifədə iş təcrübəsi.

• Akademik və inzibati idarəetmə bacarığı.

• Kollektivlə işləmə və qərarvermə qabiliyyəti.

Tələb olunan sənədlər:

• Şəxsiyyət vəsiqəsinin surəti.

• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.

• Elmi və elmi-metodiki işlərin siyahısı.

• Kadrlar uçotunun şəxsi vərəqəsi.

• Tərcümeyi-hal.

• Fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Müraciət qaydası:

Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi13) İnsan Resursları departamentinə təqdim edə bilərlər.

Son müraciət tarixi - elanın yerləşdirildiyi tarixdən etibarən 30 gündür.

 

Reklam və elan