Acılı və qaynar qidalara sevgi xərçəngə yol aça bilər

post-img

Rusiyalı onkoloq Maqomed Suleymenov isti çay içməyin zərərlərindən danışıb. Jurnalistlərə açıqlamasında bildirib ki, mədə və qida borusu xərçəngi dəhşətli onkoloji xəstəliklər arasındadır. Həkim deyib:

 – Bir tərəfdən, onkologiyanın hazırkı inkişaf mərhələsində bəzi hallarda xəstəliklərlə kifayət qədər yaxşı mübarizə apara bilirik, digər tərəfdən isə onlar xeyli sayda xəstənin ölümünə səbəb olur.

İsti yeməklərə olan həvəs xərçəngin inkişafına təkan verir. Reflüks və ya mədə xərçənginin inkişafının risk faktorları bu orqanların isti içkilərin, şorbaların, ədviyyatlı və ya duzlu qidaların istehlakı səbəbindən selikli qişasının xroniki zədəsidir. Xroniki zədələr iltihaba səbəb olur ki, bu da öz növbəsində bədxassəli şişlərin inkişaf riskini daşıyır. Selikli qişa toxumaları bərpa olunmağa çalışır, aktiv şəkildə yeni toxuma yetişdirir ki, bu da intensiv hüceyrə bölünməsi deməkdir. Və bir anda hüceyrələrin qeyri-adi şəkildə bölünməyə başlaması ilə şişin inkişafına səbəb olması mümkündür.

Bu ehtimalı aradan qaldırmaq üçün sağlam həyat tərzi olmalıdır. Aydındır ki, əgər biz duzlu və ya ədviyyatlı qidalara alışmışıqsa, səhər və ya naharda bir fincan qəhvə, qışda isə isti şorbadan tamamilə imtina edə bilmərik.

Amma, şorba, qəhvə və ya çayın soyumasını bir neçə dəqiqə gözləmək, salatlarda və əsas yeməklərdə duz və istiotu azaltmaq lazımdır.

Z.HÜSEYNLİ
XQ



Səhiyyə