Dekabrın 15-də Fransanın paytaxtı Parisdə, UNESCO-nun iqamətgahında dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi münasibətilə tədbir keçiriləcək.
XQ xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil ocağının 50 illik yubileyinə həsr olunmuş konfransda çıxışı zamanı söyləyib. O bildirib ki, bu, Azərbaycanın nüfuzunun və Prezident İlham Əliyevin növbəti qələbəsidir.
Həmin tədbirdə Rahibə Əliyevanın memar Əcəmi Naxçıvani haqqında kitabı təqdim olunacaq.
Kitab Azərbaycan Memarlar İttifaqı tərəfindən nəşr edilib.

