Belçikada fəaliyyət göstərən Brüssel Azərbaycan Evi Cənubi Qafqaz bölgəsində yaranmış durumla və ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli belçikalıların Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində regionda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq keçirdikləri qeyd edilib.
Brüssel Azərbaycan Evi beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.
***
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının adından Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə müraciət ünvanlanıb. Sənəddə Fransa Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.
***
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının BMT-nin Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatında Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar sadalanıb.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq təşkilatları Azərbaycanın sülhsevər mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.
***
Niderlandın Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Benilüks Azərbaycanlıları Konqresi beynəlxalq təşkilatları erməni yalanlarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə çağırıb.
***
Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası da beynəlxalq ictimaiyyətə müraciət edib.
Assosiasiyanın adından Birləşmiş Millətlər Təşkilatının Avstraliyanın Yeni Cənubi Uels ştatındakı nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli avstraliyalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirdiklərini qeyd edir, beynəlxalq təşkilatları erməni yalanlarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə çağırıb.
“Xalq qəzeti”

