Sirkə ənənəvi tibbdə uzun müddət istifadə edilən və sağlamlıq üçün çox faydalı təbii məlhəmdir. Xalqımız sirkədən əsrlərdir ki, həm mətbəxdə, həm də təbii müalicə vasitəsi kimi istifadə edir.
Xüsusilə, alma sirkəsinin tərkibindəki vitaminlər, minerallar immunitet sisteminə, həzmə, qan şəkərinin idarə edilməsinə güclü təsir edir.
Ənənəvi təbabətdə müxtəlif xəstəliklərə qarşı əlavə olaraq istifadə edilən sirkə düzgün qəbul edildikdə sağlamlığın qorunmasında mühüm rol oynayır. Xüsusilə, yeməkdən sonra içilən alma sirkəsi qan şəkərinin səviyyəsini tarazlaşdırır. Tip 2 diabetli xəstələrdə insulinə həssaslığı artırır.
Bundan başqa, sirkə toxluq hissi yaradaraq daha az kalori qəbul etməyə kömək edə bilər. Bu da çəkiyə nəzarəti dəstəkləyər. Araşdırmalar sirkənin pis xolesterini aşağı sala və yaxşı xolesterolu artıra biləcəyini göstərir.
Sirkə həm də təbii dezinfeksiyaedicidir. Ondan kiçik dəri infeksiyaları və ya boğaz ağrılarında kompres və qarqara kimi istifadə edilir. Sirkə yeməkdən əvvəl qəbul edildikdə mədə turşusunu artırır, yeməyin yaxşı həzm olunmasına kömək edir.
Ondan saç durulama vasitəsi kimi istifadə edildikdə kəpəyi azaldır. Sirkənin immun sistemini gücləndirən probiotik təsiri də var.
Z.HÜSEYNLİ
XQ