İordaniya və Cibuti heyəti DOST-da

post-img

Ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı Senatının üzvü, Əlilliyi olan Şəxslərin Komitəsinin sədri Asia Abdel Mutaleb Yaghinin və Cibuti Respublikasının Əlilliyi Olan Şəxslər üzrə Milli Agentliyinin Baş direktoru Doualeh Said Mahamoudun rəhbərlik etdikləri nümayəndə heyətləri DOST Agentliyində olublar.

Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri ilə tanış olublar. Hər iki nümayəndə heyəti ilə keçirilən görüşlərdə Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST xidmətləri barədə ətraflı məlumat verib.

Zərifə BƏŞİRQIZI
XQ

 

Sosial həyat