IX “ANİMAFİLM” Festivalı

post-img

Bu gün 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalına start verilir.

Festival Azərbaycan Animasiya Assosiasiyasının və “ANİMAFİLM” MMC-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) və “Yaradıcı Mərkəz”in dəstəyi ilə keçirilir.

“ANİMAFİLM” bu dəfə iştirakçıları “Dəniz” səyahətinə dəvət edir. Festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi, dünyada ilk muzey olan “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyasında təşkil olunacaq.

Festival zamanı tamaşaçılar zəngin müsabiqə və müsabiqədənkənar proqramları izləyəcək, xarici animasiya müəllifləri ilə görüşəcək, “İsi və Piti” uşaq animasiya serialının, “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyeralarının şahidi olacaqlar. Festivalda həmçinin qonaqlara “ANİMAFİLM School: Stop-motion” ustad dərsi, yerli və xarici animasiya layihələrinin 2-ci ANİMAFİLM Beynəlxalq Pitçinq Müsabiqəsi, “ANİMAFİLM” jurnalı, “OSCAR” və “BAFTA” mükafatlarına layiq görülmüş animasiya filmləri təqdim olunacaq.

XQ

Mədəniyyət