Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq Evində “Yüksəliş” müsabiqəsinin iştirakçıları və qalibləri ilə görüş keçirilib.
3 saat davam edən mərasimdə gəncləri maraqlandıran suallar ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov gənc və perspektivli peşəkarların ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, müasir dövrdə təşəbbüskar, innovativ düşüncəyə malik və yüksək məsuliyyət hissi daşıyan kadrların formalaşdırılması strateji prioritetdir.
XQ

