28 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 28,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Xəbəri DİN-dən veriblər. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,7 kiloqrama yaxın heroin, 22,6 kiloqrama yaxın marixuana və 2,5 kiloqramdan çox metamfetamindən ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat