Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mayın 16-da Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar mayın 5 – 7-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Sakinlər müraciət etmiş şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.