Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər saxlanılıblar

post-img

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat