Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil olunub

post-img

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, habelə Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları üçün təlim təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında icra edilən Tədbirlər Planına əsasən təşkil olunan təlimlər əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.

Təlimlər ÇASGEM-in beynəlxalq sertifikatlı təlimçiləri tərəfindən keçirilib və  "Fiziki risk amilləri", "Kimyəvi risk amilləri", "Erqonomika", "Psixososial risk amilləri" və "Riskin idarə edilməsi və dəyərləndirilməsi" mövzularını əhatə edib.





Sosial həyat