“Rauf Hacıyevi düşünərkən”

post-img

Mayın 15-i saat 14.00-da Üzeyir Hacıbəylinin ev muzeyində görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin 103 illik ildönümü münasibəti ilə musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovanın “Rauf Hacıyevi düşünərkən” kitabının təqdimatı keçiriləcək. 

Kitabda bəstəkarın həyat və yaradıcılıq yolu, ictimai fəaliyyəti, şəxsiyyəti və  xeyirxah əməllərini özündə əks etdirən, onun müasirlərinin, bir sıra musiqiçilərin, eləcə də ailə üzvlərinin dilindən söylənilən xatirələr toplanmışdır. Burada, əsasən 2000-ci ildən sonrakı dövrlərdə yazılan məqalə-xatirələr, publisistik yazılar və s. yer almışdır. 

Qeyd edək ki, tədbir həm də  dahi bəstəkarımız Üzeyir Hacıbəylinin  140 illik yubileyi münasibəti ilə keçirilir. 

Giriş sərbəstdir. Hər kəs dəvətlidir!

XQ

Mədəniyyət