Gədəbəydə könüllü qanvermə aksiyası təşkil edilib. Aksiya rayon icra hakimiyyətinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında reallaşıb.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. 60 nəfər rayon sakinindən tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək.
XQ