Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-may aylarında 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Məlumatı ƏƏSMN verib.
Onlardan 59 min şəxs münasib işlərlə təmin olunub, 7,5 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Cari ilin 5 ayında 4,7 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 129,5 min şəxsə peşəyönümü xidmətlər göstərilib.