Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat

post-img

İyunun 13-də polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçiriblər. 

Bu barədə DİN-dən məlumat verilib. 

Nəticədə ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 2 tona yaxın çəkidə 22100 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat