İyunun 18-də Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Moldova Dövlət Vergi Xidmətinin direktoru Olqa Qolban ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Moldova arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər vergi inzibatçılığı, rəqəmsal həllərin tətbiqi, risk əsaslı yanaşmalar və vergi nəzarətinin təkmilləşdirilməsi sahələrində qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
DVX rəisi Orxan Nəzərli qeyd edib ki, təcrübə və məlumat mübadiləsi hər iki ölkənin vergi sistemlərinin davamlı inkişafına töhfə verə bilər. Öz növbəsində, Olqa Qolban Azərbaycan vergi sistemində həyata keçirilən müasir yanaşmalar və idarəetmə modellərinin Moldova üçün maraq kəsb etdiyini bildirib.
Görüş əməkdaşlığın gələcək prespektivlərinə dair konstruktiv müzakirələrlə yekunlaşıb.