Gəncə alimləri jurnalistləri təbrik ediblər

post-img

Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi “Əkinçi”dən sosial mediaya: Azərbaycan mətbuatının inkişaf yolu” mövzusunda dəyirmi masa keçirib. Tədbirə Gəncədə fəaliyyət göstərən elm ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.

Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, bu elm ocağında nəşr olunan “Xəbərlər Məcmuəsi: Təbiət və texnika elmləri” jurnalının redaktoru, akademik Fuad Əlyev açaraq, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli sərəncamının əhəmiyyətindən söz açıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sənubər Qocayeva şəhər ziyalılarının əlamətdar tarixlərə həsr olunan tədbirlərdə nümayiş etdirdikləri yüksək vətəndaşlıq mövqeyini təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonra dəyirmi masanın məruzələri dinlənilib. AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, Bölmənin “Nizamişünaslıq” jurnalının redaktoru Əlimuxtar Muxtarov “44 Günlük Vətən müharibəsi və Azərbaycan mətbuatı”, AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın Gəncə Bölməsinin “Xəbərlər Məcmuəsi: Təbiət və texnika elmləri” jurnalının məsul katibi Mahirə Şərifova “Həsən bəy Zərdabinin yaradıcılığında təbiət və ətraf mühit məsələlərinə baxış”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Rəqəmsal media və inteqrasiya təhlükəsizliyi: çağırışlar və həllər”, AMEA-nın Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Həsən bəy Zərdabinin məsləkdaşı - Əsgər ağa Gorani”, AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Həsən bəy Zərdabinin aqrar problemlərə elmi yanaşması”, AR ETN Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev “Ekologiyanın qorunmasında mətbuatın rolu”, AMEA-nın Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Müstəqil Azərbaycan mətbuatının

Heydər Əliyev dövründə intibahı” və AR ETN Bioresurslar İnstitutunun (Gəncə) direktor müavini Günel Tomuyeva “Azərbaycan Mətbuatı: 150 illik sözün gücü” mövzularında çıxış ediblər.

H.QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sosial həyat