Göyçayda zəlzələ olub

post-img

İsmayıllı stansiyasından 35 kilometr cənub-qərbdə - Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, yerli vaxtla saat 11:03-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.

Ocağı 16 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.

Sosial həyat