Şəmkir: Ucqar dağ kəndində ümid dolu görüş:

post-img

Azərbaycanın bölgələrində əhalinin sosial rifahının yüksəldilməsi, yerli icmaların ehtiyaclarının operativ şəkildə öyrənilməsi və həll olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev növbəti səyyar qəbulunu rayonun ucqar dağ kəndlərindən biri olan Daşbulaqda keçirdi.

Qəbulda kənd sakinləri ilə birbaşa təmas qurularaq onların müraciətləri dinlənildi, yerli problemlər müzakirə olundu və bir çox məsələlərə yerindəcə həll yolları tapıldı.

Görüş zamanı Rəşad Tağıyev kənd sakinlərinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatların, o cümlədən bölgələrdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin, sosial infrastruktur layihələrinin və dayanıqlı inkişaf strategiyasının əsas məqsədinin vətəndaş məmnuniyyətini təmin etmək olduğunu xüsusi vurğuladı.

Şəmkir rayonunda son dövrlərdə görülən işlər barədə də ətraflı məlumat verən icra başçısı bildirdi ki, hər bir yaşayış məntəqəsi – istər mərkəz, istərsə də ən ucqar kənd – dövlətin diqqət mərkəzindədir.

Daha sonra sakinlərin qaldırdığı məsələlər dinlənildi. Müraciətlər əsasən yolların təmiri, içməli su təchizatı, kənd təsərrüfatında çətinliklər, məktəb və tibb məntəqələrinin şəraiti, məşğulluq və sosial dəstək proqramları ilə bağlı idi. Hər bir müraciət diqqətlə qeydə alındı və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ilkin müzakirələr aparıldı.

İcra başçısı səsləndirilən hər bir problemin müəyyən qrafik üzrə araşdırılacağını, operativ həll olunacaq məsələlərin dərhal icra ediləcəyini, daha geniş yanaşma tələb edən problemlərin isə nəzarətə götürülərək mərhələli şəkildə 

Ümumi qəbuldan sonra icra başçısı fərdi müraciət etmək istəyən kənd sakinlərini ayrıca qəbul etdi. Bu mərhələdə vətəndaşlar ailə vəziyyəti, sosial rifah, torpaq sahələrinin təyinatı, fərdi tikinti, maddi dəstək kimi daha şəxsi mövzularda müraciət etdilə

Rayon rəhbəri hər bir vətəndaşın problemini diqqətlə dinləyərək aidiyyəti qurumlara konkret tapşırıqlar verdi, bəzi hallarda isə yerindəcə ilkin həll edilən məsələlər oldu.

Bu cür səyyar qəbul-görüşlər təkcə problemlərin dinlənilməsi və həlli üçün deyil, həm də dövlətin vətəndaşa olan diqqət və qayğısını bir daha nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Uzaq kəndlərdə yaşayan insanların səsini birbaşa rayon rəhbərliyinə çatdırmaq imkanının yaradılması, onların sosial-iqtisadi həyatına birbaşa təsir göstərən amillərdən biridir.

Daşbulaq kəndinin ağsaqqalları və sakinləri bu təşəbbüsü yüksək qiymətləndirərək dövlət başçısına və yerli icra orqanlarına minnətdarlıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, bu cür görüşlər həm ümid verir, həm də kəndin gələcəyi üçün real addımların atılacağına inam yaradır.

Vətəndaşa yaxınlıq, onun dinlənilməsi və problemlərinin ədalətli həlli dövlət siyasətinin əsas sütunlarından biridir. Daşbulaqda keçirilən bu səyyar qəbul da göstərdi ki, Azərbaycan dövləti vətəndaşını tək qoymur, onun yanındadır, onu dinləyir və ona xidmət etməyi özünə borc bilir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Şəmkir









Sosial həyat