Rezidenturaya ixtisas seçimi başlanıb

post-img

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb. Namizədlər müsabiqədə iştirak etmək üçün artıq dünəndən internet vasitəsilə ixtisas seçimi etməyə başlayıblar. Prosedur avqustun 17-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

XQ

Sosial həyat