Sosial Xidmət Mərkəzlərində silsilə şəklində təşkil edilən “Ümidli valideyn” adlı qrup terapiyaları davam etdirilir

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində növbəti “Ümidli valideyn” adlı qrup terapiyası keçirilib. 

Bu barədə verilən xəbərə görə, tədbirin məqsədi valideynlərin gündəlik həyatında qarşılaşdıqları çətinliklərlə mübarizə aparmaq üçün yeni yanaşmalar qazanmasına, şəxsi təcrübələrini paylaşmasına və bir-birindən öyrənməsinə şərait yaratmaq olub. Terapiya zamanı iştirakçılarda özünüqiymətləndirmə və özgüvən hissinin gücləndirilməsi, mənfi emosiyaların idarə olunması, komplekslərin aradan qaldırılması istiqamətində iş aparılıb.

Terapiya çərçivəsində müxtəlif psixoloji oyunlar və art terapiya təşkil edilib. Bu yanaşma iştirakçılara həm emosional gərginliklərini azaltmağa, həm də öz daxili potensiallarını kəşf etməyə imkan yaradıb.

Mustafa KAMAL
XQ

Sosial həyat