Əbdürrəhim bəy Haqverdiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

post-img

Paytaxtın Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin İnşaatçılar prospektindən Şəfayət Mehdiyev küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar oktyabrın 4-ü saat 08:00-dan oktyabrın 5-i saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə XQ-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Aparılacaq təmir işləri ilə əlaqədar sürücülərdən qeyd olunan hissədə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Sosial həyat