“Cəsur Vətən oğlu”

post-img

Mədəniyyət Nazirliyi “Respublika Xatirə Kitabı” Redaksiyası Vətən uğrunda həlak olan şəxslərin xatirələrini əbədiləşdirmək məqsədilə silsilə kitablar hazırlayır. Həmin kitablardan biri də Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunmuş “Cəsur Vətən oğlu” kitabıdır.

Kitab “Respublika Xatirə Kitabı” Redaksiyasının “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsi üzrə işıq üzü görüb. Kitabda “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” prinsipi əsas götürülüb, Babək Namazovun qəhrəmanlığı, Vətən sevgisi, şərəfli döyüş və mənalı həyat yolu qismən tədqiq olunub.

Bu kitabda, həmçinin xalqımızın qəhrəman övladı Babəkin döyüşlərdə göstərdiyi şücaət və hünər barədə müəyyən fikirlər səsləndirilib, qəhrəman şəhidin dastanlaşmış, tarixləşmiş adına hörmət hissi ifadə olunub.

Kitab 2025-ci ildə “Zərdabinəşr” tərəfindən buraxılıb, 208 səhifədir. Kitabda Babək Namazovun rəngli şəkilləri də əks edilib.

“Cəsur Vətən oğlu” kitabının Şəmkir rayonunun Əliyaqublu kəndində və Bakı Ekspo Mərkəzində təqdimatları olub.

Adıçəkilən kitabın müəllifi şair-tədqiqatçı, “Respublika Xatirə Kitabı” Redaksiyasının əməkdaşı Hikmət Məlikzadə, “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinin rəhbəri “Respublika Xatirə Kitabı”nın Baş redaktoru Nəzakət Məmmədovadır.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat