Naxçıvanda məhkumlara hüquqi və psixoloji yardım göstərilib

post-img

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi və maarifləndirmə tədbirləri çərçivəsində, Qarışıq rejimli cəzaçəkmə müəssisəsində vəkillər tərəfindən qəbul keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı ümumilikdə 20-yə yaxın azadlıqdan məhrum edilmiş şəxsə müxtəlif hüquqi məsələlərlə bağlı geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səbuhi Həsənov
XQ







Sosial həyat