Laçında keçirilmiş əmək yarmarkasında 20 işəgötürən tərəfindən 121 vakansiya təqdim olunub

post-img

Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Laçın” İstirahət Kompleksinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil olunub.

Yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim edilib.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin, işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat verilib.

Agentliyin tabeliyində Qarabağ Peşə Hazırlığı Mərkəzi də yarmarkada öz stendi ilə təmsil olunub.

M.Kamal
XQ









Sosial həyat