Qazaxda gənclərin inkişafına və karyera imkanlarının genişləndirilməsinə həsr olunmuş “LevelUP” Karyera Forumu baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Forumda Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Regional Məşğulluq Filialının müdiri Elçin Nəsibov, filialın mütəxəssisi Bəkir Bəkirli, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Elvira Əfəndiyeva və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Abuhəyat Əfəndi iştirak ediblər.
Tədbirin əsas məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, karyera planlaması üzrə maarifləndirmənin gücləndirilməsi və onların gələcək inkişafına dəstək göstərmək olub.
Forum gənclərlə peşəkarlar arasında birbaşa ünsiyyət platforması yaradaraq, iştirakçılara müxtəlif istiqamətlərdə karyera planlaşdırılması, əmək bazarına inteqrasiya və fərdi inkişaf mövzularında faydalı məlumatlar təqdim edib.
Yekunda gəncləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Tədbir Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, “Qazax Gənclər Evi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri















