“Qərbi Azərbaycan hekayələri” Özbəkistanda

post-img

Daşkənd şəhərində fəaliyyət göstərən Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) layihəsi çərçivəsində hazırlanan “Qərbi Azərbaycan hekayələri” kitabının təqdimatı keçirilib.

Mərasimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, professor Mahirə Nağıqızı, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri Məhəmmədiyar Əsədov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, ədəbiyyatşünas, şair, DGTYB-nin MŞ üzvü Xasiyyət Rüstəm, tərcüməçi Hafizə Qoşqarova, Məhəmməd Füzuli adına Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Gülbahar Aşurova, universitetin professoru, filologiya elmləri doktoru İslam Yaqubov, Təbriz Universitetinin müəllimi, filologiya elmləri doktoru Fərhad Rəhimi, “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” layihəsinin rəhbəri, şair, publisist İntiqam Yaşar çıxış ediblər.

Mərasimdə “Qərbi Azərbaycan hekayələri”nin çapının əlamətdar hadisə olduğu vurğulanıb və kitabın özbək türkcəsinə uyğunlaşdırıldığı diqqətə çatdırılıb. Topluda yer alan hekayələrin müəllifləri Mahirə Nağıqızı, Azər Abdulla, Məmməd Oruc, Güldərən Vəliyeva və Şəfa Vəli əslən Qərbi Azərbaycandan olan yazarlardır.

Əsərlərdə Qərbi Azərbaycanın tarixi yaddaşı, deportasiya mövzusu və milli kimliyin qorunması kimi mövzular öz əksini tapır.

Ə.ƏLİYEV
XQ



Sosial həyat