Litvanın xarici işlər naziri Azərbaycan ərazisinə qarşı dron hücumlarını pisləyib

post-img

Martın 6-da Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Litva naziri Azərbaycanın ərazisinə qarşı dron hücumlarını pisləyib, bunun dərin narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət