“Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəblilərlə maarifləndirici görüş keçirilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı”na həsr olunan maarifləndirici görüş təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən XQ-yə verilən məlumata görə, görüş zamanı agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib və həyata keçirilən “Təhsildə sosial iş” xidmətinin məktəblərdə risk qruplarının müəyyənləşdirilməsi, şagirdlərin davamiyyətinin bərpası və onlara psixo-sosial dəstək göstərilməsi istiqamətlərində mühüm rol oynadığı vurğulanıb.

Eləcə də, uşaq hüquqları, müdafiə mexanizmləri, təhlükəsizlik və rifah mövzularına dair maarifləndirici təqdimatlar edilib, hüquqların əhəmiyyəti ilə bağlı videoçarx izlənilib.

Şagirdlərin “Uşaq Hüquqları Aylığı” çərçivəsində hazırladıqları rəsm işlərindən ibarət stend və vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.









Sosial həyat