Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayan “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsində ötən dövrdə 3,3 min şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
XQ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu məntəqədə bölgənin əlilliyi olan sakinlərinin müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təminatı işləri aparılır.
“RehaPoint” məntəqəsində əlilliyi olan 330-dan çox şəxsə ehtiyaclarına uyğun olaraq 2,1 mindən çox reabilitasiya vasitəsi də verilib.

