Nazir müavini Hidayət Abdullayev Balakən rayonunda vətəndaşları qəbul edəcək

post-img

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev dekabrın 19-da Balakən rayonunda sakinləri qəbul edəcək.

XQ xəbər verir ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 10-16 dekabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial həyat