Əvvəlcədən deyildiyi kimi, bayram günlərində vətəndaşların asudə vaxtını daha maraqlı və səmərəli keçirməsini təmin etmək, eyni zamanda ekoloji şüurun artırılmasına töhfə vermək məqsədilə ölkənin müxtəlif milli parklarında tədbirlər təşkil olunub.
Təbiətin füsunkar gözəllikləri, zəngin biomüxtəlifliyi və müxtəlif landşaftları ilə seçilən milli parkları ziyarət edən turistlər üçün bayram günləri əsl istirahət və maarifləndirmə məkanına çevrilib. Tədbirlər çərçivəsində iştirakçılar quşları müşahidə edib, Şahdağ Milli Parkının İsmayıllı bölməsinə reintroduksiya olunan zubr və maralları seyr edib, ekoturizm marşrutları boyunca milli parkların əsrarəngiz təbiəti ilə yaxından tanış olublar.
Bununla yanaşı, uşaqlar üçün maraqlı interaktiv oyunlar təşkil edilib, ailəvi istirahət edən ziyarətçilər üçün xoş və yaddaqalan bayram ab-havası yaradılıb. Qış fəslinin özünəməxsus gözəllikləri ilə müşayiət olunan bu tədbirlər milli parklara gələn turistlərin marağına səbəb olub.
XQ

