Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ənənəvi olaraq təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans Braziliya mətbuatında geniş işıqlandırılıb.
“Brasilia İnfoco” xəbər saytının jurnalisti Fabiana Ceyhanın onlayn görüşlə bağlı qələmə aldığı məqalə yerli media orqanlarında dərc olunub. Məqalədə komitənin və Azərbaycan diasporunun 2025-ci il ərzində gördüyü işlər yüksək qiymətləndirilib. Komitənin fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat verildiyi və qəbul edilən qərarların aydın mexanizmlər əsasında həyata keçirildiyi xüsusi olaraq vurğulanıb. Qeyd edilib ki, bu yanaşma diaspor təşkilatları arasında qarşılıqlı etimadı gücləndirir və daha səmərəli əməkdaşlığın qurulmasına şərait yaradır. Həmçinin videokonfrans formatında keçirilən görüş coğrafi məhdudiyyətlərin aradan qaldırılmasına imkan verən, eyni zamanda diaspor fəaliyyətində rəqəmsal modernləşməni təşviq edən mühüm hadisə kimi dəyərləndirilib.
Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://www.colunaesplanada.com.br/azerbaijao-faz-conferencia-online-sobre-relacoes-culturais/
https://x.com/colunaesplanada/status/2004541167774662747
https://www.colunaesplanada.com.br/azerbaijao-faz-conferencia-online-sobre-relacoes-culturais/
XQ

