Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci il ərzində 54 min 500 şəxsə əlillik təyin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, onlardan 25 min 300 şəxsə ilkin, 29 min 200 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

