BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində Serbiyanın təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə “Qadınların əhəmiyyətli rolu: Gücləndirilmə üçün ittifaqlar” mövzusunda yan tədbir keçirilib. Tədbirdə qadınların səlahiyyətləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanda qadın hüquqlarının qorunması və ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, həyata keçirilən dövlət proqramlarının qadınların liderlik bacarıqlarının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və qərarvermə proseslərində iştirakının artırılmasına töhfə verdiyini deyib, müsbət statistik göstəriciləri diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri çıxışının sonunda qadınların səlahiyyətləndirilməsinin ailənin güclənməsi, cəmiyyətin sabitliyi, eləcə də dövlətlərin dayanıqlı inkişafı üçün vacib olduğunu bildirərək, bir sıra təklifləri səsləndirib.
Z.HÜSEYNOVA
XQ



