Yardımlı ağacəkmə aksiyası

post-img

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. İl çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 50 ədəd Eldar şamı və 100-ə yaxın müxtəlif növ dekorativ ağaclar, gül kolları əkilib.

 Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək, atmosferi oksigenlə zənginləşdirmək, sakinlərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. 

Xeyirxah aksiyada Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov, partiyanın fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə  və xidmət sahələrinin rəhbərləri, gənclər iştirak ediblər.

 

Əlisəfa HƏSƏNOV,

XQ-nin bölgə müxbiri

 

 

Sosial həyat