Şərafət

post-img

Qamətinə, qüruruna baxıram –
Dəyanətdi, dəyanətdi, dəyanət!
Bu vüqarı, əzəməti görməmək,
Xəyanətdi, xəyanətdi, xəyanət!

İz qoymusan, tarix boyu qalan iz,
Yolun olub haqqa doğru, haqqa, düz.
Söylədiyin hər bir kəlmə, hər bir söz,
Bəyanatdı, bəyanatdı, bəyanat!

Sönməz günəş, dərin zəka, nur düha,
Gəlməyəcək bu dünyaya bir daha.
Yaratdığın səndən sonra sabaha,
Əmanətdi, əmanətdi, əmanət!

Sarsılmayan, əyilməyən uca dağ,
Peşən oldu el yükünü daşımaq.
Ulu Öndər, sənin kimi yaşamaq,
Şərafətdi, şərafətdi, şərafət!

Kamandar EYVAZLI
(Prezident təqaüdçüsü)

Sosial həyat