Ulu öndər Heydər Əliyev kəndlərimizə də yüksəliş gətirmişdi

post-img

Ümummilli lider Heydər Əliyev birinci dəfə respublikaya rəhbərlik etdiyi illərdə 3 dəfə (avqust 1975, iyul 1977, sentyabr 1980) Tovuz rayonunun Düzqırıqlı kənd mədəniyyət sarayında respublika üzümçülərinin zona müşavirəsini və rayon partiya-təsərrüfat fəallarının yığıncağını keçirmişdi. Ulu öndər hər gəlişində rayonun ovaxtkı Nizami, Səməd Vurğun, Mirbəşir Qasımov, Əli Bayramov, Lenin, Engels, Kirov adına, “Qəbələ” sovxozlarında olmuşdu.

Xalqımızın böyük oğlu, halal zəhmət adamlarına dərin hörmət bəsləyən Heydər Əliyev hər dəfə Tovuz rayon əməkçiləri ilə də səmimi görüşlər keçirmiş, onların məişət şəraiti, güzəranlarının yüksəlməsi ilə ətraflı maraqlanmış, dəyərli tövsiyələrini vermişdi. Respublika rəhbəri göstərmişdir ki, uğurları artırmaq, nöqsanları aradan qaldırmaq əhalinin rifahını yüksəltməyin, yaşayış şəraitini yaxşılaşdırmağın əsas yoludur. Ulu öndərin o zaman söylədiyi “Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Onun ən qiymətli sərvəti zəhmətkeş insanlarıdır” sözlərində isə bu bərəkətli torpağa və onun istedadlı, halal zəhmətə bağlı insanlarına verilmiş ən yüksək qiymət parlaq əksini tapıb.

Bu fikirləri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Ulu öndərin doğum günü ilə bağlı XQ-nə verdiyi açıqlamada bildirdi. Ümummilli liderin Tovuz rayonuna göstərdiyi qayğı və diqqətdən söz açan professor fikirlərinə davam etdi:

– Heydər Əliyevin səyi və tələbkarlığı nəticəsində ölkəmiz, o cümlədən də Tovuz rayonu üzümçülük diyarına çevrilmişdi. Ümummilli liderin rayonumuza hər gəlişi toy-bayrama çevrilirdi. Tovuzlular onu gül-çiçəklə, böyük coşqu, sevinc və məhəbbətlə qarşılayırdılar. Heydər Əliyevlə hər görüş unudulmaz hadisəyə çevrilirdi.

Kəndimizdə və nəslimizdə dahi şəxsiyyət Heydər Əliyevə xüsusi ehtiram və sonsuz məhəbbət vardı. Heydər Əliyev kəndimizdə “Beşilliyi üç ildə yerinə yetirmək uğrunda mübarizə aparan briqada”ların rəhbərləri Nəriman Qocayev və Nəsrəddin Məmmədov, qabaqcıl üzümçülər Aybəniz və Xurma Rzayeva, Məcid Hüseynovun sahələrində olmuş, Xəlfəqulu oğlu Abbasın sahəsində yeni üzüm sortu əkmişdir.

Ümummilli lider Abbas kişinin bol məhsullu üzüm sahəsində olarkən demişdi: “Ağsaqqal, biz Bakıdan gəlmişik, nəyə ehtiyacın var, arzun nədir?” Abbas kişi demişdi: “Qadan alım, heç nəyə ehtiyacım yoxdur. Arzum isə odur ki, gedək, qonağım ol, beş-altı toğlum var, birini kəsim. Siz gedəndən sonra qürrələnim ki, böyük bir adam qonağım olub”. Heydər Əliyev ürəkdən gülərək söyləmişdi: “Bizim böyük olduğumuzu haradan bildin?” “Qadan alım, bunu bilməyə nə var ki? Yaşım 70-dən yuxarıdır, ömrümdə bir kişinin başına bu qədər adam yığışdığını görməmişəm”. Ulu öndər ürəkdən gülmüş və demişdi: “İndi tələsirik. Çalışaram, gələn dəfə qonağın olum”.

Heydər Əliyev Tovuz əməkçilərinə yüksək qiymət vermiş, Tovuzun torpağı, təbiəti, insanları barədə demişdir: “Mənim və Bakıdan gələn başqa yoldaşların hamısının qəti qənaəti budur ki, doğrudan da Tovuz rayonunun özü də xoşbəxtdir, insanları da xoşbəxtdir. İqlimi də, təbiəti də gözəldir”.

Bu sözlər hər bir tovuzluda qürur doğurur. Tovuzlular o böyük şəxsiyyətin dediyi sözləri də, özünü də heç vaxt unutmayacaqlar. Ulu öndәrin kәndimizdә yeni üzüm sortu әkmәsi vә vәtәnpәrvәrlik nümayiş etdirmәsi dә unudulmur. Kәndimizin mәdәniyyәt sarayı zövqlә inşa edilmiş gözәl tikilidir. Özülün üstündә qırmızı torf daşdan hörülmüş iki metr hündürlüyündә kürsü vardır. Qırmızı torf daş Ulu öndәrin marağına sәbәb olur.

– Bu daşlardan Bakıya göndәrmәk olarmı? – deyә soruşur.

Sovxozun sədri Firidun Bağırov deyәndә ki, onlar Ermәnistandan gәtirilir, Heydәr Əliyev mәyus olur: “Onda lazım deyil”, – deyir.

Qəzənfər Paşayev kəndin, eləcə də rayonun böyük nüfuz sahibi kişilərindən olan Firidun Bağırovdan, onun Ulu öndərlə söhbətlərindən də söz açdı:

– 1951-ci ildәn ömrünün sonuna qәdәr әvvәlcә kolxoz sәdri, sonra sovxoz direktoru işlәyәn Firidun Bağırov Heydәr Əliyevin hakimiyyәti dövründә kәndi sanki şәhәrә döndәrmişdi: Mәdәniyyәt sarayı, asfalt küçәlәr, qonaq evi, kino zalı, radio qovşağı, evlәrә çәkilәn radio vә telefon xәtti, univermaq, yüz çarpayılıq ikimәrtәbәli xәstәxana, texniki-peşә, musiqi, sәkkizillik vә üçmәrtәbәli, şәhәr tipli onillik mәktәblər, 2 istirahәt parkı, 2 uşaq bağçası, hamam, çörәk zavodu, elektrik dәyirmanı, bәrbәrxana, şәrab zavodu, maşın-traktor parkı, dağdan – 12 kilometrlik mәsafәdәn çәkilәn içmәli su xәtti, kәndin işıq vә qazla tәmin edilmәsi, ürәyi qurub-yaratmaq eşqilә döyünәn Ulu öndәrimizә mәmnunluq gәtirmәyә bilmәzdi.

Heydər Əliyev Firidun Bağırovun heç nəyi gizlətmədən açıq danışdığını bəyənirdi. Bir dəfə söhbət zamanı deyir: “Birmərtəbəli, palçıqdan tikilmiş evlər diqqətimi cəlb etdi. Çalışqan camaatın evləri belə olmamalıdır. Mən camaatın üzündə qayğı və sıxıntı hiss etdim. Bu, nədən ola bilər?”

– Yoldaş Əliyev, indi fəhlə də, çoban da övladlarını ali məktəbdə oxudur. Bu əlavə məsrəf tələb edir. Ailədən yeni ailə yaranır. Yəni cavanlar evlənirlər. Əvvəllər cehiz yorğan-döşəkdən ibarət olurdu. İndi gəlinə mebel alınır, zinət əşyaları alınır. Hüzr yerində əvvəllər halva verərdilər. İndi ehsan verilir. Mən şəxsən imkansızlara bir qutu yağ, bir qutu çay, bir kisə qənd göndərirəm. Əvvəllər ailələr mal-qara, qoyun-quzu saxlayırdılar. İndi sovxozdan aldıqları əməkhaqqından başqa bir gəlir yerləri yoxdur.

Heydər Əliyev xeyli fikrə gedir və əlavə edir:

– Mәn fikir verdim, kәndinizin aşağısında әkilmәyәn torpaqlar baş alıb gedir. Oralarda suyunuz varmı?

– Bәli, var. Kәhrizimiz, bol sulu bulaqlarımız var. Artezian quyuları da qazmaq olar. Kür çayına qәdәr uzanıb gedәn ucsuz-bucaqsız münbit torpaq sahәlәri var. Yeri gәlmişkәn, kәndimiz buraya әsrin әvvәllәrindә Kürün qırağından köçüb. Orada indi dә tut, nar, əncir ağacları var. Yaz gәlәndә camaat mal-qarasını yığıb orada binә salardı.

– Çox yaxşı, onda siz belә edin. Torpaqları zәhmәtkeşlәrә paylayın. Qoy әksinlәr. Komissiya yaradın. Mәhsul yetişәn vaxt vergi müәyyәn edin. Elә edin ki, vergi münasib olsun. Yoxsa әkmәzlәr.

Ulu öndәr Firidun Bağırovun işgüzarlığını yüksәk qiymәtlәndirirdi. Bilirdi ki, dediyi kimi də olacaq. İndi kəndimizi ağ daşdan tikilmiş ikimərtəbəli evlər bəzəyir.

Tarix elә gәtirdi ki, sovet sistemi dağıldı. Müstәqilliyә qovuşduq. Aradan illәr keçdi. Ulu öndәrin sovetin qılıncının dalı da, qabağı da kәsdiyi bir dövrdә kәndimizdә cәsarәtlә hәyata keçirdiyi “islahat” ölkәdә qanun halını aldı. Torpaqlar xalqa paylandı.

İbrətamiz bir məsələdən də danışmaq istərdim. Ulu öndər Moskvada yüksək vəzifədən kənarlaşandan sonra sovet sisteminin yazılmamış qanunlarına əsasən onun portretlərini hər yandan yığışdırırdılar. Kiçik qardaşım Ələsgər müəllim (Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın atası) kəndimizdə olan iki tam orta məktəb, xəstəxana, musiqi məktəbi, kənd klubu, sovxoz idarəsi və başqa yerlərdən onun portretlərini yığıb evində bir otaqda saxlayır və özü də o otaqda yatırdı.

Ə.Vəzirov hakimiyyətə gələn kimi məni M.F.Axundov adına Pedaqoji İnstitutda xarici dillər kafedrasının müdiri vəzifəsindən, qardaşım Ələsgər müəllimi isə müxalifətə qoşulmadığına görə cəbhəçilər hakimiyyətə gələn kimi məktəb direktorluğundan kənarlaşdırdılar. Adımızı qoydular: “Əliyevçilər”. Vəzifədən haqsızlıqla çıxarılmaq ağır olsa da, hər ikimiz Heydər Əliyevə olan sevgimizlə fəxr etdik. Dahi şəxsiyyət Heydər Əliyevə sevgi və ehtiramla yazdığım çoxsaylı məqalələr bu fəxarətin ifadəsidir.

Hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat