UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqaz üzrə birinci oldu

post-img

QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026 (QS International Trade Rankings MBA/Masters 2026) açıqlanıb.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu nüfuzlu reytinqdə Azərbaycan və Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə yüksəlib.

Bu barədə XQ-yə UNEC-dən məlumat verilib. Bildirilib ki, QS Beynəlxalq Ticarət Reytinqləri dünyada qlobal biznes və ticarət üzrə ən yaxşı magistr proqramlarını müəyyən edir və əsas diqqəti ticarət yönümlü tədris məzmununa yönəldir.

Ticarət proqramının məzmunu göstəricisinə görə UNEC London İqtisadiyyat Məktəbi (LSE) və Vorvik Universiteti kimi aparıcı ali məktəbləri geridə qoyaraq dünyanın ilk 20 universiteti sırasında qərarlaşıb.

Məzun nəticələri üzrə də UNEC-in göstəricisi yüksəkdir — 82.8 bal. Məzunların işlə təmin olunma faizi 89.5 faiz təşkil edir ki, bu nəticə ilə UNEC LSE və Vorvikdən üstün mövqeyə yüksəlib.

İnnovativ tədris (“Experiential Learning”) altindikatoru üzrə isə UNEC-in tədris metodikası Tsinxua və LSE kimi dünyanın aparıcı universitetləri ilə eyni səviyyədə qiymətləndirilib.

Təhsil