Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb.
Bu barədə XQ-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Macarıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

