“WhatsApp” süni intellektdən istifadə edərək fərdi stikerlər yaradır. Bunun üçün artıq beta versiyada sınaqlara başlanılıb. Xüsusi stikerlər sayəsində tətbiqin daha da əyləncəli olacağı gözlənilir.
Yaratmaq istədiyiniz stiker haqqında mətni dəqiqləşdirməyiniz tələb olunur. Bunu “Stikerlər” tabındakı “Yarat” düyməsini sıxmaqla edə bilərsiniz. Bu stikerlərin süni intellekt tərəfindən yaradıldığına dair xüsusi imzası da olacaq. Beləliklə, istifadəçilər süni intellektlə birgə yaratdıqları stikerləri digərindən ayıra biləcəklər.
Hazırda sınaq mərhələsində olan funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq. Oxşar funksiyanın “Instagram” və “Messenger”ə də gələcəyi gözlənilir.
F. HÜQUQQIZI, “Xalq qəzeti”

