Azərbaycan komandası Niderlandın Eyndhoven şəhərində keçirilən yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında 7-ci turda mübarizə aparıb.
Heyətində Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovanın mübarizə apardığı Azərbaycan millisi növbəti oyunda “Kanada 1” komandası ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 7 turdan sonra 10 xalla Azərbaycan 5-ci sıradadır.
Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

